“Barselona”nın hücumçusu Luis Suarez La Liqanın ilk turunda “Betis”i 6:2 hesabı ilə məğlub etdikləri görüşdən danışıb.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu Lionel Messinin oyununa da toxunub:
“Mənim üçün komandama kömək etmək fərdi uğurdan daha vacibdi. 90 dəqiqə göstərdi ki, “Barselona” çempionluğa namizədddi.
Messi mövsümə öz tərzində start verdi. O, dünyanın ən yaxşı oyunçusudu. Messinin oyunundan həzz almaq lazımdı. Onunla mübarizə aparmaq çətindi”.
