PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Kilian Mbappe haqda danışıb. ESPN nəşrinə danışan futbolçu fransalı hücumçu üçün əlindən gələni edəcəyini deyib.
Onun sözlərinə görə, Mbappe istedadlı futbolçudur və Neymar fransalının inkişafı üçün çalışacağını deyib. Bu yolda o Messinin təcrübəsindən istifadə edəcək:
“Mbappe mənim üçün yaxın dosta çevrilib. O, “qızıl oğlan”dır. Kilian möhtəşəm oyunçudur. Dünyanın ən güclüsü olmaq üçün hər şeyə sahibdir. Ümid edirəm ki, Messinin mənə etdiyini, Mbappeyə edəcəm”
Neymar ötən mövsüm “Barselona”dan PSJ-yə transfer olunmuşdu
