Argentina millisinin və "Barselona"nın ulduz futbolçusu Lionel Messinin cangüdənlərindən biri cinayətkar Daniel Roho olub.
Korner.az-ın məlumatına görə, Roho Messinin mühafizəçisi olmazdan əvvəl 500 bank qarət edib və 15 ilədək oğru dünyasında olub. Cangüdənin özü “La Gazzetta dello Sport”a açıqlama verərkən Messi ilə əlaqələrinin indi də davam etdiyini bildirib:
"Məni bir dəfə Messini məşqdən sonra götürüb evə aparmağa göndərmişdilər. O, utancaq oğlan idi. Nahar etdiyi vaxt öz həyatımdan danışdım.Klubda ona qızlarla gəzməyə icazə vermirdilər. Hələ indi əsl həyatın nə olduğunu anlamağa başlayıb”.
Qeyd edək ki, Daniel Roho artı iki ildir ki, "Barselona"da işləmir.
