Messinin atası yayılan xəbərləri yalanladı
09.05.2023 , 19:13
PSJ-dən ayrılacağı gözlənilən Lionel Messinin “Əl-Hilal”a keçmə xəbəri böyük səs-küyə səbəb olub.
Korner.az xəbər verir ki, argentinalı ulduzun atası və meneceri olan Xorxe Messi transferlə bağlı ölkəsinin mətbuatına mühüm açıqlama verib.
O yayılan məlumatların doğru olmadığını bildirib:
“Qəti olaraq, növbəti mövsüm üçün heç bir klubla müqavilə bağlanmayıb. Vəziyyəti mövsümün sonunda həll edəcəyik. Yayılan xəbərlər Messinin adından istifadə edilən saxta xəbərdir”.