Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli futbolçusu Lionel Messi haqda danışıb.
O, DÇ-2018-in seçmə mərhələsinin son turunda Ekvadora qarşı matçda (3:1) het-trikə imza atan 30 yaşlı hücumçu barədə bunları deyib: "Dünyanın ən güclü futbolçusu Argentina vətəndaşı olduğu üçün çox şanslıyıq. Messi Argentinaya dünya çempionatının kubokunu borclu deyil. Amma futbol Messiyə mundialın kubokunu borcludur".
Millidə hər şey Messidən asılı olmamalıdır: "O, bu gün bütün bacarığını nümayiş etdiridi. Komandanın üzvləri dünya çempionatında ona daha çox kömək etməlidir".
