"Barselona"nın argentinalı futbolçusu Lionel Messi Çempionlar Liqası çərçivəsində qarşılaşacaqları PSJ ilə oyun ərəfəsində dopinq-testdən keçirilməsini təəccüblə qarşılayıb.
Korner.az-ın məlumatına görə, Messi test üçün 5 futbolçunun dəvət edildiyini, ancaq təkcə onun qanından analiz götürüldüyünü deyib.
"Müayinə üçün 5 oyunçunu çağırdılar və yalnız mənim qanımı yoxladılar. Qəribədir, deyilmi?", – deyə Leo bildirib.
Qeyd edək ki, test üçün çağırılan digər 4 futbolçu Andreas İnyesta, Klaudio Bravo, İvan Rakitiç və Yordi Alba olub.
