Messidən 500 min avroluq yardım
12.05.2020 , 17:30
“Barselona”nın ulduz futbolçusu Lionel Messi ölkəsinə koronavirusla mübarizə üçün maddi yardım göstərib.
Korner.az xəbər verir ki, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro bağışlayıb.
Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, süni nəfəs aparatlarının alınmasına xərclənib.