Messidən yeni rekord
18.10.2023 , 10:51
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Peru ilə matçda (2:0) dubl edib.
Korner.az xəbər verir ki, bununla da, 36 yaşlı argentinalı Cənubi Amerikada keçirilən dünya çempionatının seçmə turnirləri tarixində ən çox qol vuran futbolçu kimi adını tarixə yazdırıb.
31 qol vuran Messi bu göstəricidə uruqvaylı Luis Suaresi keçib.
Messi dünyada bu göstəricidə qvatemalalı Karlos Ruiz (39), portuqaliyalı Kriştiano Ronaldo (38) və iranlı Əli Daeidən (35) sonra dördüncüdür.