Messidən tarixi qol – 9 ildə 2-ci dəfə
19.08.2018 , 15:42

İspaniya La Liqasnın ilk turunun “Alaves”lə oyunu (3:0) “Barselona”nın yeni kapitanı Lionel Messi üçün əlamətdar olub.
Argentinalı hücumçu bu oyunda fərqlənməklə, kataloniyalıların İspaniya çempionatları tarixinda 6000-ci qolunun müəllifi olub. 31 yaşlı futbolçu yubiley qolunu matçın 64-cü dəqiqəsində, hesab 0:0 olarkən, cərimə zərbəsindən vurub.
Maraqlıdır ki, “Barselona”nın La Liqadakı 5000-ci qolunun müəllifi də Messidir. Təcrübəli futbolçu həmin uğura 2009-cu ildə imza atıb.
Qeyd edək ki, “Barselona”nın 1000-ci qolunu Markos Aurelio (1950-ci il), 2000-ci qolunu Pedro Sabalya (1964), 3000-ci qolunu Kini (1982), 4000-ci qolunu isə Gilyermo Amor (1996) vurub.
