“Barselona”nın ulduz futbolçusu Lionel Messi maraqlı qərar verib.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçu 2020 Olimpiya oyunlarına namizəd şəhərlərdən Madridi dəstəkləmədiyini bildirib.
Madrid 2020 namizədlik komitəsinin sədri Alexandro Blanko Messinin bu qərarına hörmət ediklərini, ispaniyalı futbolçularının onları dəstəkləməklərinin Madrid üçün yetərli olacağını bildirib.
Qeyd edək ki, Messi həm Argentina, həm də İspaniya vətəndaşıdır.
