Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Amerika kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra bu addımı atıb.
Kapitan fikrini belə izah edib: “Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil”.
