Messidən növbəti rekord
05.02.2019 , 13:21

“Barselona”nın kapitanı Lionel Messi İspaniyanın çempionatları tarixində rekord göstəriciyə imza atıb. O, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran yeganə oyunçu kimi düşüb.
Messi cari çempionatda artıq 21 qol vurub. O, “Valensiya” ilə oyunda (2:2) dubl etməklə bu göstəriciyə nail olub.
Hazırda “Barselona” 50 xalla turnir cədvəlinə başçılıq edir.
