Lionel Messi yaхın gələcəkdə futbolun ən böyük ulduzlarından olacaq oyunçunun adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, argentinalı ulduz “Tuttusport”a açıqlamasında həmyerlisi Paulo Dibalanı tərifləyib.
Messi bildirib ki, “Yuventus”un yayda 32 milyon avroya “Palermo”dan aldığı 21 yaşlı Dibala bir neçə il sonra özündən söz etdirəcək:
“Dibala çoх istedadlı futbolçudu. Milli komandaya da çağırılmağa başladı. Mənə inanın, tezliklə hər kəs bu uşaqdan danışacaq”.
