İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın ulduz futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, dünən “Valensiya”ya qarşı keçirilən matçda komandasının 2-ci və 3-cü qolunu vuran argentinalı bütün turnirlər daxil olmaqla, ardıcıl 8 mövsümdür 40-dan çox qol vuran ilk La Liqa oyunçusu oldu.
Xatırladaq ki, 2004-cü ildən bəri La Liqada oynayan Messi bu mövsüm 40 oyuna 41 qol vurub.
