“Barselona”nın forvardı Lionel Messi Avropanın öndə gedən çempionatlarında ən məhsuldar futbolçu olub.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçu İspaniya La Liqasının son turunda “Eybar”la səfər görüşündə dubl etməklə artıq növbəti uğuruna imza atıb. O, bu qarşılaşmada iki dəfə fərqlənməklə qollarının sayını 275-ə çatdırıb.
Bununla da Messi, İtaliya A Seriyasında 274 qol vurmaqla hələ də ölkə çempionatında bombardirlik ünvanını heç kimə verməyən Silvio Piolanı geridə qoyub.
Leo bundan öncə İngiltərə Premyer Liqasında rəqib qapılarından 260 top keçirən Alan Şirerin rekordunu qırmışdı.
