Messidən 400-cü qol
14.01.2019 , 12:09

“Barselona”nın La Liqanın 19-cu turunda “Eybar”ı 3:0 hesabıyla məğlub etdiyi qarşılaşma Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub.
Matçda 2-ci qolun müəllifi olan Messi La Liqada 400-cü qolunu vurub. La Liqada iştirak etdiyi 435 oyunda 400 dəfə fərqlənən argentinalı forvard İspaniya çempionatı tarixinin ən çox qol vuran futbolçusudu.
Messi 100-cü qolunu “Almeriya”ya, 200-cü qolunu “Osasuna”ya, 300-cü qolunu isə “Sportinq”ə (Xixon) vurub.
