Messi yenidən zədələndi
23.03.2019 , 11:28

Ötən gün Argentina millisi yoldaşlıq görüşü çərçivəsində doğma meydanda Venesuela millisi ilə qarşılaşıb.
Venesuela millisinə 1-3 hesabı ilə məğlub olan Argentina millisi komandanın aparıcı futbolçusu Lionel Messini itirib. Argentinalı oyunçu qasıq nahiyəsində ağrıları olduğu üçün Mərakeşə qarşı yoldaşlıq görüşündə iştirak etməyəcək.
Qeyd edək ki, Lionel Messi Dünya çempionatından sonra Argentina yığıması ilə ilk görüşünə çıxıb.
