İspaniya çempionatının 8-ci turunda “Barselona” “Eybar”ı 3-0 hesabı ilə məğlubiyyətə uğradıb.
Korner.az-ın məlumatına görə, bununla da komanda 8-ci oyunda da qapısını toxunulmaz saxlayaraq rekordu təzələyib.
Bundan əlavə Lionel Messi primeroda qollarının sayını 250-yə çatdırıb. La liqanın tarixi ərzində bütün zamanların rekordsmeni Telmo Sarraya çatmaq üçün bir qol qalıb.
