“Barselona”nın argentinalı futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, Messi Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçirilən oyunda dubl edib. Və beləliklə də həmin turnirdə ən çox qol vuran futbolçu olub.
Messi (72) Raul Qonzalesi (71 qol) geridə qoyub.
Qeyd edək ki argentinalı hücumçu, “Ayaks”la keçirlən oyunda iki qol vuraraq Kriştian Ronaldonu qabaqlamışdı.
