Messi yenə hamını qabaqladı
25.05.2019 , 11:31

“Qızıl Buts” mükafatının növbəti 2018-2019-cu il üçün qalibi müəyyənləşib.
Bu, “Barselona” klubunun futbolçusu Lionel Messidir. Argentinalı top 5 liqalarda hamıdan çox qol vuraraq bu uğura imza atıb. 31 yaşlı oyunçu ardıcıl 3-cü, ümumulikdə isə 6-cı dəfə “Qızıl Buts” mükafatının qalibi olub. Messinin ən yaxın izləyicisi Kriştiano Ronaldo isə 4 dəfə bu uğura imza atıb.
Qeyd edək ki, cari mövsümdə Lionel Messinin ən yaxın izləyicisi 33 qol ilə Kylian Mbappe oldu.
