Messi yenə ən yaxşıdır
03.05.2024 , 11:59

MLS-də aprel ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “İnter Mayami”nin hücumçusu Lionel Messidir.
36 yaşlı argentinalı futbolçu ötən ay 4 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
