Messi yenə ən yaxşıdı
26.06.2023 , 18:51

Lionel Messi Fransa Liqa 1-də 2022/2023 mövsümünün ən yaxşı əcnəbi futbolçusu seçilib.
Korner.az xəbər verir ki, bu barədə turnirin “Tvitter” səhifəsi məlumat yayıb.
Ulduz futbolçu ötən mövsüm PSJ-nin heyətində 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
