Messi yenə ən yaxşıdı
16.01.2024 , 10:25

FİFA 2023-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Korner.az xəbər verir ki, “The Best” mükafatına Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi layiq görülüb.
36 yaşlı hücumçu Erlinq Haaland (“Mançester Siti”/Norveç) və Kilian Mbappeni (PSJ, Fransa) qabaqlayıb.
