Messi üçün əlamətdar oyun
24.04.2019 , 10:41

“Barselona”nın futbolçusu Lionel Messi üçün La Liqanın 34-cü turunda “Alaves”lə oyun (2:0) əlamətdar olub.
Argentinalı hücumçu bu matçla Kataloniya klubunun kapitanı kimi 100-cü oyununa çıxıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan 31 yaşlı futbolçu kapitanlıq sarığısını komanda yoldaşı Serxio Busketsdən alıb.
