“Barselona”nın və Argenatina millisinin “ulduz” futbolçusu Leonel Messinin Türkiyəyə səfəri baş tutmayıb.
Korner.az-ın məlumatına görə, Antalyada keçiriləcək dostluq qarşılaşmasında iştirak etmək üçün Türkiyəyə gəlməyə hazırlaşan Messi fikrindən daşınıb. Buna səbəb Türkiyədə baş verən çevriliş hadisələri olub.
Xatırladaq ki, Antalyada keçirilməsi nəzərdə tutulan dostluq görüşündə dünyanın bir çox məşhur futbol “ulduzları”yla yanaşı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.
