Lionel Messi Argentina futbolunun tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, hücumçu DÇ-2014-ün F qrupunda oynadığı bütün matçlarda qol vurub.
Bununla da o, Argentina millisində 56 ildən sonra qrup oyunlarının hamısında fərqlənən ilk futbolçu olub. Bundan əvvəl 1958-ci ildə Omar Oreste Korbotta bu uğuru qazanmışdı.
