"Barselona"nın futbolçusu Lionel Messi bir müddət əvvəl saçını sarı rəngə boyamasının səbəbini deyib.
Korner.az-ın məlumatına görə, o, ağır günlər keçirdiyi üçün belə bir qərar verdiyini deyib:
"Hə, ağır günlər keçirirdim. Mənə yeni həyata başlamaq lazım idi. Ona görə də saçını boyadım".
Messi oğlu Tiaqo haqda da danışıb. Argentinalı hücumçu oğlunun futbolla çox maraqlanmadığını söyləyib:
"Ona futbol topları hədiyyə etməməyə çalışıram. Tiaqo futbolla çox maraqlanmır. Gələcəkdə necə olacağını baxacağıq".
