"Barselona"nın futbolçusu Lionel Messi Avro-2012-də İspaniya millisinə azarkeşlik etdiyini açıqlayıb. Korner.az-ın məlumatına görə, argentinalı hücumçu komanda yoldaşları İnyesta, Xavi və digərlərinin bir daha Avropa çempionluq həyacanını yaşaya biləcəklərini vurğulayıb. Messi bu və Ronaldonun açıqlamaları ilə bağlı bunları dedi:
"Etiraf edim ki, Avropa çempionatını izləmirəm. Amma İspaniyaya azarkeşlik edirəm. Rondaldonun dedikləri haqqında isə… Qısası deyə biləcəyim bir şey yox".
