İspaniya çempionatının 6-cı turunda “Qranada” ilə oyunda “Barselona”nın futbolçusu Lionel Messi karyerasının 400-cü qoluna imza atıb.
Korner.az-ın məlumatına görə, bu göstəriciyə o , 27 yaşında çatıb.
Kriştiano Ronaldo və Ferens Puşkaş 400-cü qollarını 28, Alfredo Di Stefano və Eysebio isə 29 yaşında vurublar.
Pele 400-cü qolunu 23 yaşında vurub. Alman futbolunun əfsanəsi Herd Mükller isə bu rəqəmə 26 yaşında çatıb.
