“Barselona”nın futbolçusu Lionel Messi Kriştiano Ronaldo ilə arasındakı münasibət barəsində açıqlama verib.
Korner.az-ın məlumatına görə, argentinalı dünya ulduzu portuqaliyalı futbolçu haqqında tərifləyici sözlər deyib:
“Ronaldo ilə aramda heç bir rəqabət yoxdur. Ronaldo çox yaxşı insandır və hər bir oyunun nəticəsini asanlıqla dəyişə bilər. Məni tək “Barselona” maraqlandırır və əminəm ki, onu da öz komandası maraqlandırır. Aramızda heç bir problem yoxdur”
