İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi yeni dünya rekordu qırıb.
Korner.az-ın məlumatına görə, rekordlara doymayan argentinalı futbolçu 1 ildə ən çox qol vuran futbolçu adına sahib çıxıb. Belə ki, Messi dünən La Liqanın növbəti turu çərçivəsində "Betis"lə səfər qarşılaşmasında 2 qol vuraraq Messi 2012-ci ildə qollarının sayını 86-ya çatdıraraq, əfsanəvi Herd Müllerin 85-qolluq rekordunu qırıb və yeni dünya rekordçusu olub.
Qeyd edək ki, “”Barselonanın ilin sonuna kimi daha 4 oyunu qaldığından Lionel bu rekordu yeniləmək imkanına malikdir.
