Messi yenə La Liqanın ən yaxşısıdı
Rekordlara doymayan "Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasının 2011-2012-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.
Korner.az-ın məlumatına görə, ölkənin Peşəkar Futbol Liqası (LFP) Primera və II divizionun ən yaxşı oyunçuları və baş məşqçilərini ardıcıl 4-cü il mükafatlandırılıb.
Argentinalı ulduz yenidən ən yaxşı seçilib. Messinin komanda yoldaşı Andres İnyesta ən yaxşı yarımmüdafiəçi, Karles Puyol ədalətli oyunçu, klubun baş məşqçi postunu tərk edən Xosep Qvardiola ən yaxşı baş məşqçi sayılıb.
Ən yaxşı "Real"ın qolkiperi İker Kasilyas, Serxio Ramos ən yaxşı müdafiəçi, Xabi Alonso isə ən yaxşı dayaq yarımmüdafiəçisi seçilib.
Ən yaxşı yarımmüdafiəçi nominasiyasında isə "Malaqa"lı İsko qalib adını qazanıb.
