Messi “Qızıl top”dan əlini üzüb: “Əsas məqsədlərimə çatmışam”
01.11.2021 , 18:05

PSJ-nin argentinalı ulduğu Lionel Messi yeddinci dəfə “Qızıl top”a sahib olacağına inanmır.
Korner.az-ın məlumatına görə, yenidən bu mükafatı almayacağı təqdirdə kədərlənməyəcəyini deyib.
“Yeddinci dəfə “Qızıl top”u ala bilərəmmi? Düzü, buna inanmıram. Amma alsam, bu, ekstraordinar hadisə olacaq. Mənim ən böyük hədiyyəm milli komanda ilə nail olduqlarımdır. Buna görə də yenidən “Qızıl top”u almasam, qətiyyən kədərlənməyəcəyəm. Mən artıq əsas məqsədlərimə çatmışam”, – deyə Messi bildirib.
Messi indiyədək 6 dəfə “Qızıl top” mükafatına layiq görülüb ki, bu da rekorddur.
