Amerika kubokunun final oyunundan sonra Argentina millisindən getdiyini açıqlayan Leonel Messi qərarını dəyişib.
Korner.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən “Barselona”nın ulduz futbolçusu millisini sevdiyi üçün fikrindən daşındığını deyib:
“Həmişə milli komandamıza kömək etmək istəmişəm. Argentina futbolunda dəyişikliyə ehtiyac var. Ancaq millini tənqid etmək mənə düşməz. Amerika kubokundan sonra milli komandadan getmək istədim, ancaq ölkəmi və milli komandamı çox sevirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
