Messi PSJ ilə bağlı qərarını verdi
03.05.2023 , 21:24
2 həftə heyətdən kənarlaşdırılan Lionel Messi komandadakı gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, 2 il forma geyindiyi PSJ-də axtardığını tapa bilməyən Lionel Messi +1 illik seçimi olsa da, bundan istifadə etməmək qərarına gəlib.
İtaliyalı jurnalist Fabrizio Romanonun xəbərinə görə; 35 yaşlı futbolçu PSJ-ni tərk edəcəyi ilə bağlı qəti şəkildə qərara gəlib.