Messi: “Özümlə baş-başa vaxt keçirməyi xoşlayıram”
07.01.2026 , 15:00
“İnter Mayami” və Argentina millisinin ulduz hücumçusu Lionel Messi şəxsi həyatına dair maraqlı açıqlama verib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, o, evdə üç oğlunun yaratdığı səs-küyün bəzən yorucu olduğunu söyləyərək, sakit və yalnız vaxt keçirməyi xoşladığını bildirib:
“Əslində mənim də öz maraqlı vərdişlərim var. Tək qalmaqdan həzz alıram və özümlə baş-başa vaxt keçirməyi sevirəm”.