"Barselona"nın hücumçusu Lionel Messi onun formasını selofon torbadan düzəldərək geyinən əfqan uşaqla görüşüb.
Korner.az-ın məlumatına görə, Mürtəza Əhmədi həmin "forma" ilə fotosunun sosial şəbəkələrdə yayılmasından sonra məşhurlaşmışdı.
Daha sonra BBC və UNICEF-in sayəsində tapılan Mürtəzaya argentinalı forvardın orijinal forması hədiyyə olunmuşdu. Bugünlərdə Qətərə səfər edən "Barselona"nın hücumçusu öz balaca azarkeşi ilə görüşüb.
