Messi MLS tarixində yenə fərqləndi – Oktyabrın ən yaxşısı seçildi
22.10.2025 , 14:55
MLS-də oktyabr ayının ən yaxşı futbolçusu müəyyən olunub.
Korner.az xəbər verir ki, bu ada “İnter Mayami”nin hücumçusu Lionel Messi sahib çıxıb.
Argentinalı ulduz oktyabr ayında meydana çıxdığı 3 qarşılaşmada 5 qol vurub və 5 assistlə yadda qalıb.
38 yaşlı futbolçu bu mövsümdə üçüncü dəfə ayın oyunçusu seçilib. Messi ötən mövsümdə iki dəfə bu mükafata layiq görülmüşdü. Bununla da o, MLS tarixində 5 dəfə “ayın futbolçusu” seçilən ilk oyunçu kimi tarixə düşüb.