Argentina millisinin ulduz futbolçusu Leonel Messi məğlubiyyət sonrası çox məyus olduqlarını bildirib.
Korner.az xəbər verir ki, Messi oyunsonrası öz fikirlərini bölüşüb: “Argentina millisi uzun müddətdir ki, finala çıxa bilmirdi. Ancaq finalda oynadıq və bununla fəxr edə bilərik. Biz daha artığına layiq idik və məğlub olduğumuz üçün çox məyusuq. Dünya kubokunu qazanmadığımız və azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirik”.
