Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Seltik"ə uduzan "Barselona"nın ulduz futbolçusu Lionel Messi bu qarşılaşmada qeydə alınan nəticəyə üzüldüyünü bildirib.
Korner.az-ın məlumatına görə, yenicə dünyaya göz açan oğlu Tiaqoya qol sevinci yaşatmaq istəyən ata Messi dünən matçın bitiminə dəqiqələr qala bunu etdi. Messi oğluna qələbə sevinci yaşatmaq istədiyini bildirib:
"Son dəqiqələrdə vurduğum qolun bir mənası yox idi. Çünki biz həmin matçı uduzduğ. Qalan oyunlarda oğlum Tiaqoya hədiyyə edəcəyim çox qol var".
