Messi məşqlərə qayıtdı
08.05.2023 , 20:36
İcazəsiz Səudiyyə Ərəbistanına gedərək PSJ rəhbərliyi tərəfindən heyətdən kənarlaşdırılan Lionel Messi yenidən məşqə qayıdıb.
Korner.az xəbər verir ki, bu yaxınlarda sosial media hesabında video paylaşaraq üzr istəyən argentinalı futbolçu, bu gün səhər saatlarında komandanın məşqində iştirak edib.
Fransa klubu da sosial media hesabında Messinin məşqdə iştirak etdiyini paylaşıb.