“Barselona”nın hücumçusu Lionel Messi məşqlərə başlayıb.
Korner.az-ın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, “Barselona”nın argentinalı ulduzu “Atletiko” ilə İspaniya superkuboku uğrunda keçirilən oyunda ayağından zədə alışdı.
Futbolçu bu səbəblə 2-cu turun oyununa çıxmamışdı. Lakin onun zədəsi ciddi hesab edilmədiyindən o yenidən məqşlərə başlayıb.
Qeyd edək ki, “Barselona” 29 avqustda İspaniya superkubokunun cavab oyunu çərçivəsində yenidən “Atletiko” ilə qarşılaşacaq.
