Çempionlar liqası

Messi: “Məğlubiyyət mənə ağır gəldi”

24.05.2019 , 20:39

Barselona”nın kapitanı Lionel Messi Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 0:4 hesabı ilə uduzduqları cavab oyunu haqda danışıb.

Qol.az-ın məlumatına görə, “El Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, o, deyib: “Mən Valverdenin yaxşı iş gördüyünüə inanıram. Ondan narazı olmaq düzgün deyil. Məğlubiyyətdə oyunçular məsuliyyət daşıyırdı. İki il ard-arda belə olmamalı idi. Həmin məğlubiyyətdən sonra hələ də bərpa oluruq. Şəxsən mənim üçün bu, ağır zərbə idi. Növbəti gün səhər ayılmaq mənə çətin idi. Komanda  üçün də ağır oldu. Hazırda ancaq İspaniya kubokunu qazanmaq istəyirəm. Mövsümü yenə iki kubokla bitirə bilərik”.

Qeyd edək ki, “Barselona” ÇL-in yarımfinalında ilk oyunda “Liverpul”a 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmışdı. (qol.az)

Son yazılar

Yuxarı