Messi komanda yoldaşlarından üzr istədi
05.05.2023 , 21:19

PSJ-də çıxış edən ulduz futbolçu Lionel Messi sosial media hesabında paylaşım edib.
Korner.az xəbər verir ki, klub rəhbərliyinin icazəsi olmadan Səudiyyə Ərəbistanına gedən və heyətdən kənarlaşdırılan Messi paylaşımında komanda yoldaşlarından üzr istəyib.
Argentinalı ulduz açıqlamasında, “Hər oyundan sonra olduğu kimi komandaya icazə veriləcəyini düşünürdüm. Səudiyyə Ərəbistanına səfər təşkil etmişdim, daha əvvəl ləğv etdiyim üçün bu dəfə ləğv edə bilməzdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə bağlı qərarını gözləyirəm”, – deyə futbolçu bildirib.
Messinin üzr istəməsindən sonra PSJ rəhbərliyinin qərarında dəyişiklik olub-olmayacağı maraqla gözlənilir.
