Messi komanda ilə məşqlərə başladı
08.06.2020 , 19:53

“Barselona”nın futbolçusu Lionel Messi komanda ilə məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, bu gün kollektivə qoşulub.
Argentinalı futbolçu bundan əvvəl bud əzələsindəki narahatlığa görə fərdi qaydada məşq edirdi.
Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.
