"Barselona"nın ulduz futbolçusu Lionel Messi qonşularının torpağını 1 milyon avroya alıb.
Korner.az-ın məlumatına görə, Kataloniyadakı Kastelldefelsi məntəqəsindəki evində qonşularının səs-küyü ucbatından rahat olmadığından bu adımı atıb. Argentinalı futbolçunun qonşusu mənzilin kredit borcunu ödəyə bilmədiyi üçün gecə qonaqlıqlarına icarəyə verib. Qonşusunun kredit borcunu ödəyə bilməməsini görən Messi həmin torpağı 1 milyon avroya alaraq həm qonşularını həm də, özünü narahatçılıqdan qurtarıb.
