"Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 11-ci turu çərçivəsində "Sevilya" ilə keçirilən matçda (2:1) komandasının qalibiyyətində böyük pay sahibi olan Lionel Messinin ünvanına təriflər səsləndirib.
Korner.az-ın məlumatına görə, ispan mütəxəssis argentinalı hücumçunun istedadından danışıb. O, Messinin hər mövqedə oynamağı bacardığını deyib:
"Leo hər mövqedə oynaya bilmə və meydandakı hər cürə durumu analiz etmək istedadına sahib bir futbolçudu. Onun kimi futbolçu yoxdu. Hər zaman Messidən böyük fayda götürməyə çalışırıq".
