Messi karyerasına fasilə vermək istəyir
15.08.2018 , 16:48

Argentina yığmasının kapitanı Lionel Messi milli karyerasına fasilə vermək istəyir
“Barselona”nın hücumçusu Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və müvəqqəti baş məşqçi Lionel Skalonidən ilin sonunadək milli komandaya çağırılmamasını istəyib.
Argentina millisi sentyabrın 7-də Qvatemala, sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, 2005-ci ildən milliyə dəvət olunan Messi 128 oyuna 65 qol vurub.
