Messi “İnter Mayami”də qalır
20.10.2025 , 12:47
Argentina millisinin kapitanı Lionel Messi “İnter Mayami” ilə yollarını davam etdirəcək.
Korner.az Argentina mətbuatına istinadən xəbər verir ki, MLS təmsilçisi 38 yaşlı futbolçuya yeni müqavilə təklif edib və tərəflər artıq prinsipial razılığa gəliblər.
Messinin hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatır. Ulduz futbolçu Florida klubunun yeni layihəsinə sadiq qalaraq komandada çıxışını davam etdirəcək.
Qeyd edək ki, Messi mövsüm ərzində “İnter Mayami”nin ən məhsuldar oyunçusu olub.