Dünya Futbolu

Messi ilk turu buraxacaq

16.08.2019 , 20:18

Bu gün İspaniya la Liqasında yeni mövsümün ilk turuna start veriləcək. Açılış matçında son çempion “Barselona” Bilbao “Atletik”inin qonağı olacaq.

Korner.az xəbər verir ki, kataloniyalıların kapitanı Lionel Messi ilk turu buraxacaq. Hücumçu zədəsini sağaltmayıb.

Argentinalı futbolçu 2009-cu ildən bu yana ilk dəfə La Liqanın açılış turunda oynamayacaq.

 

“Atletik” – “Barselona” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq

Son yazılar

Yuxarı